Press "Enter" to skip to content

PAÜ-də dərslər oktaybrın 2-də başlayacaq

Pamukkale Universiteti

Son yeniləmə: 31 Avqust 2023 17:13

BAYRAQDAR MEDİA – Türkiyədə bakalavr və önlisans təhsili almaq hüququ qazanan 10 min 128 gənc Pamukkale Universitetinin (PAÜ) tələbəsi olub.

Deda Haber xəbər verri ki, Yükseköğretim Kurumları Sınavı (YKS) imtahan verənlər arasında seçim dövrünü tamamlayıb. Beləliklə, yeni tələbələr üçün 9 min 955 nəfərlik yer ayıran PAÜ-də 10 min 128 nəfər qeydiyyatdan keçib. Bununla da universitet doluluq nisbətini 101,74 faiz tamamlayıb.

Açıqlanan məlumatlara görə, doluluq nisbəti bakalavr pilləsində 5 min 531 kvota və 5 min 587 yerləşmiş tələbə ilə 101,01 faiz, önlisans üzrə isə 4 min 424 kvota və 4 min 541 yerləşmiş tələbə ilə 102,64 faizə çatıb.

Akademik təqvimə əsasən, 28 avqust – 1 sentyabr 2023-cü il tarixləri arasında qeydiyyatın aparılacağı Pamukkale Universitetində dərslər 2 oktyabr 2023-cü il tarixində başlayacaq.

Mission News Theme by Compete Themes.