Press "Enter" to skip to content

MHP yerli seçkilərdə Denizlidə qalib gəlmək əzmindədir

Mehmet Ali Yılmaz

Son yeniləmə: 31 Avqust 2023 16:17

BAYRAQDAR MEDİA – Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) Denizli İl başqanı Mehmet Ali Yılmaz, ümumi seçkilərdəki uğurlarını yerli seçkilərdə də davam etdirəcəklərini ifadə edib.

Deda Haber xəbər verir ki, Sarayköy, Honaz, Çardak, Bozkurt, Çivril, Çal, Bekilli, Baklan, Çameli, Beyağaç, Kale, Tavas, Acıpayam, Serinhisar, Babadağ, Buldan və Güney rayon konfranslarını tamamlayan MHP Denizli İl Pamukkale mahalında da konfrans keçirib.

MHP genel başqanı Dr. Devlet Bahçelinin təbrik mesajı oxunduqdan sonra kürsüyə çıxan MHP Denizli İl başqanı Mehmet Ali Yılmaz MHP-nin heç bir üzvünün şəxsi maraqları üçün siyasətlə məşğul olmadığını bildirib.

Vətənə, millətə xidmət etmək üçün üzərinə düşən vəzifəni yerinə yetirdiklərini vurğulayan Yılmaz CHP-nin HDP ilə ittifaq qurmasını sərt tənqid edib:” “Gazi Mustafa Kemal Atatürk tərəfindən qurulan CHP artıq Atatürkün partiyası olmaq missiyasından uzaqlaşıb. Biz cümhuriyyətçi və millətçi siyasətçi kimi sona qədər Cümhuriyyətin qazandığı uğurların yanındayıq. Terror təşkilatları ilə əməkdaşlıq etmədik, “Selahattin Demirtaş terrorçudur” deməyə davam etdik. Millətimiz gördü ki, Türkiyənin inkişafını, dəyişməsini, böyüməsini əngəlləməyə çalışanlar terrorla birlikdə yürüş edir. 14 və 28 may seçkilərində edilənlərin cavabını millətimiz verdi. Qarşıdan gələn yerli seçkilərdə də uğur qazanacağıq”.

O, daha sonra, “MHP və Cumhur İttifakı olaraq bütün Denizliyə talibik. Biz seçkilərdən qalib çıxıb 4,5 ildir xidmətdən kənarda qalan soydaşlarımıza xidmət edəcəyik. Nəyin bahasına olursa olsun, biz  terrorçuları terrorçu adlandırmağa davam edəcəyik”.

Mission News Theme by Compete Themes.