Press "Enter" to skip to content

“Mədəniyyət dalğası” layihəsi başlayır

CBC FM

BAYRAQDAR MEDİA – Sentyabrın 1-də Mədəniyyət Nazirliyinin və CBC FM radiosunun birgə təşkilatçılığı ilə yeni mövsümdə “Mədəniyyət dalğası” verilişi ictimaiyyətə təqdim ediləcək.

Bu haqda Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “layihə Azərbaycanın zəngin mədəniyyətini təbliğ etmək, mədəniyyət və incəsənət xadimlərini, görkəmli simaları çağdaş nəslə daha yaxından tanıtmaq, ölkənin mədəni həyatında baş verən yenilikləri efirdən səsləndirmək və dinləyiciləri maarifləndirmək məqsədini daşıyır. Radio verilişi hər həftənin cümə günü saat 11:00-da CBC FM-də yayımlanacaq. Verilişdə həftənin ən son mədəniyyət xəbərləri təqdim ediləcək, həmçinin qonaqlarla mədəniyyət sahəsində baş verən yeniliklər müzakirə olunacaq”.

Qeyd edək ki, tamaşaçılar verilişi eyni zamanda CBC FM-in Facebook hesabında  canlı izləyə bilərlər.

Mission News Theme by Compete Themes.