BAYRAQDAR MEDİA – “Avqustun 31-i saat 19:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb”.
Xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Nazirlikdən daxil olan daha bir xəbərdə isə deyilir: “Avqustun 31-i saat 20:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb”.
Belə görünür ki, Ermənistan gün ərzində Azərbaycana qarşı silahlı təxribatları artırıb. Çünki Nazirliyin bir sonrakı xəbəri də bu qəbildəndir: “Avqustun 31-i saat 22:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan tutub. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb”.