Press "Enter" to skip to content

Bosniya və Herseqovinada sel qurbanlarına TİKA-dan dəstək

Son yeniləmə: 31 Avqust 2023 10:57

BAYRAQDAR MEDİA – Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bosniya və Herseqovinanın quzey-batısındakı Bihacda sel fəlakətindən mənfi təsirlənən çiyələk yetişdiricilərinə dəstək verib.

Yeni Balkan xəbər verir ki, may ayında Krajina bölgəsində leysan yağışından sonra baş verən sel fəlakəti nəticəsində evlər və kənd təsərrüfatı sahələri su altında qalıb.

2022-ci ildə TİKA tərəfindən dəstək göstərilərək çiyələk yetişdirilməsi ilə dolanışığını təmin edən 20 istehsalçı bu fəlakətdən mənfi təsirlənib. Maddi ziyana səbəb olan təbii fəlakətdən sonra həmin istehsalçılara yeni tinglər və kənd təsərrüfatı texnikası verilib.

TİKA və Bihac Böyükşəhər Bələdiyyəsi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə sel fəlakətinin vurduğu zərərləri minimuma endirərək fermerlərin kənd təsərrüfatı fəaliyyətlərini davam etdirmələrinə töhfə vermək məqsədi daşıyır.

Mission News Theme by Compete Themes.