Press "Enter" to skip to content

Nüfuzlu beynəlxalq portalda “AzerGold” haqqında məqalə

Son yeniləmə: 31 Avqust 2023 12:52

BAYRAQDAR MEDIA – “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) əməkdaşının müasir dağ-mədən geoloji informasiya sistemlərinin tətbiqi haqqında məqaləsi nüfuzlu “Micromine” portalında yayımlanıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 31-də qurumdan məlumat verilib.

Bildirilib ki, “Cəmiyyətin Geoloji kəşfiyyat şöbəsinin Coğrafi İnformasiya Sistemləri sektorunun müdiri Ələsgər Məmmədovun müəllifi olduğu məqalədə QSC-nin fəaliyyətindəki fərqli xüsusiyyətlər, yataqların işlənməsinin və son məhsulların alınmasının bütün mərhələlərində innovativ texnologiyaların istifadə, bütün istehsal proseslərinin rəqəmsallaşdırılmasına xüsusi diqqət yetirilməsi barədə bəhs olunur. Qeyd olunur ki, QSC modelləşdirmə və dizayn üçün müasir proqram paketlərindən istifadə edir ki, bunlardan biri dəMicromineOrigin&Beyond dağ-mədən geoloji informasiya məlumat sistemidir. Bu sistem Cəmiyyətin Naxçıvan Muxtar Respublikasında yerləşən “Ortakənd” qızıl yatağında tətbiq olunur”.

Məlumata əsasən, məqalədə müəllif bildirir ki, sözügedən yataqda geoloji kəşfiyyat işləri bir neçə mərhələdə aparılmışdır: “Birinci mərhələdə, SSRİ dövründə toplanmış məlumatlar (geoloji xəritə, nadir geoloji kəşfiyyat quyuları şəbəkəsi haqqında məlumatlar və s.), habelə yerüstü sınaq nəticələrin (984 nümunə) özündə cəmləşdirən arxiv (tarixi) məlumatlar rəqəmsallaşdırılıb.

Daha sonrabu məlumatlar MicromineOrigin&Beyond sisteminə idxal edilərək, sözügedən proqram vasitəsilə 3D formatında vizuallaşdırılıb. Bu vizuallaşdırma tədqiq olunan sahə və daha öncə aparılan tədqiqatlar haqqında daha əyani bir fikir əldə etməyə imkan verir. Tarixi məlumatlar əsasında süxurlarda faydalı komponentlərin məkan paylanmasının nümunələrini əks etdirən geokimyəvi anomaliyaların xəritəsi hazırlanıb. Bütün məlumatların nəticələrinə əsasən geofiziki tədqiqatların, kəşfiyyat və s. işlərin aparılması zərurəti barədə qərar qəbul edilmişdir. Şübhəsiz ki, yeni yataqlar, xüsusən də qızıl filizləri axtararkən geoloqların biliyi, təcrübəsi və zəhməti əsas rol oynayır. Bununla yanaşı, müasir informasiya texnologiyalarının tətbiqi daha tarazlı qərarlar qəbul etməyə və gələcək kəşfiyyat işlərini planlaşdırmağa imkan verir ki, məhz bu nüanslar nəzərə alınmaqla “AzerGold” QSC fəaliyyətində daim müasir texnologiyaların, beynəlxalq təcrübənin tətbiqini diqqətdə saxlayır”.

Məlumat üçün bildirək ki, “MicrominePtyLtd” 1986-cı ildə Avstraliyanın Pert şəhərində yaradılıb. Şirkət bütün istehsal dövrünü əhatə edən mədən sənayesi üçün proqram həllərinin hazırlanması və satışı üzrə dünya bazarının liderlərindən biridir. Şirkətin nümayəndəlikləri dünyanın 12 ölkəsində fəaliyyət göstərir.

Mission News Theme by Compete Themes.