Son yeniləmə: 31 Avqust 2023 08:36
BAYRAQDAR MEDİA – Hər il olduğu kimi bu il də Türkiyənin Xaricdəki Türklər və Əqraba İcmalar İdarəsi (YTB) məskunlaşdıqları ölkələrə quru yolu ilə qayıdan vətəndaşları yola salır.
Yeni Balkan xəbər verir ki, vətəndaşların Serbiya sərhəd qapılarından Kapıkule Sərhəd Qapısına qədər rahat və dinc səyahət etməsi üçün bir çox fəaliyyət həyata keçirən YTB, geri dönərkən də vətəndaşları tək qoymur: “Kapıkule Sərhəd Qapısında xaricdə yaşayan vətəndaşlar üçün YTB tərəfindən hər il hazırlanan oyun və istirahət yerləri bu il də xidmətdədir. Türkiyənin müxtəlif şəhərlərindən yola çıxan vətəndaşlar ölkəni tərk etməmişdən əvvəl YTB-nin yaratdığı bu ərazidə bir müddət dincəlmək, uşaqlar isə oyun meydançalarında əylənmək imkanı əldə edirlər”.
Məlumata əsasən, xarici vətəndaşların tələbləri istiqamətində YTB tərəfindən hazırlanan Kapıkule Sərhəd Qapısında dayanacaq obyekti ilə yanaşı, istirahət yerləri, tualetlər və vətəndaşların müxtəlif ehtiyaclarını qarşılaya biləcək bir çox xidmətlər pulsuz olaraq təqdim edilir: “Stendlərdə pulsuz çay, kofe və su təklif olunur. Balaca vətəndaşları da unutmayan YTB onlar üçün də xüsusi sahə yaradıb. Uşaqlar oyun meydançaları, kinoteatr, stolüstü futbol, stolüstü tennis, şahmat və penaltilər kimi fəaliyyətlərdə əylənirlər”.