Press "Enter" to skip to content

“Təbiətimizin sovqatı” adlı rəsm müsabiqəsinin yekun sərgisi

Sözügedən tədbir

BAYRAQDAR MEDİA – Avqustun 28-i saat 14:00-da Xətai Sənət Mərkəzində “Zeytun bağları” brendi və sözügedən Mərkəzin təşkilatçılığı və dəstəyi ilə yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, gənc nəsildə ekoloji təfəkkürün inkişafı və ekoloji maarifləndirməyə xidmət məqsədi ilə elan olunmuş “Təbiətimizin sovqatı” adlı Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisinin açılışı olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya XSM-dən daxil olub.

Xəbərdə deyilir ki, “tədbiri giriş sözü ilə XSM-nin direktoru Zahid Əvəzov açaraq tədbir iştirakçılarını salamlayıb. Sonra Xətai İcra Hakimiyyətinin Humanitar məsələlər üzrə şöbə müdiri Pənah Hüseynov, Xətai Uşaq Yaradıcılıq studiyasının müəllimi Gündüz Həbibov, rəssam Rəvan Sadıqov və “Zeytun bağları” brendinin nümayəndələri Turan Abbasov və Aynur Şıxəliyeva ürək sözlərini bölüşüblər”.

Sonra xəbərdə, “əsəri sərgilənən müəlliflərə sertifikatlarla bərabər “Zeytun bağları” brendinin məhsulundan hədiyyələr təqdim olunub. Həmçinin, sərgidən seçilmiş 30 ən yaxşı əsərin müəllifi xüsusi hədiyyə ilə mükafatlandırılıb və həmin əsərlər “Zeytun bağları” brendinin ofisinin ekspozisiyasını bəzəmək üçün saxlanılıb” deyə qeyd olunur.

Bildirək ki, mövzusu “Necə bir təbiəti qoruma nişanı asardım!” olan müsabiqəyə respublikanın müxtəlif guşələrindən yaşı 10-17 arası olan 700-ə yaxın yeniyetmə və gənc 800-dən çox əsər göndərib, onlar arasından seçilən 150-dən çox əsər sərgidə təqdim olunub.

Mission News Theme by Compete Themes.