Press "Enter" to skip to content

Şəhid övladları Çanakkalede

Çanakkale valisi İlhami Aktaş azərbaycanlı gənclərlə görüşüb

Son yeniləmə: 30 Avqust 2023 15:54

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, “YAŞAT” Fondunun və “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı, Azərbaycanın milli aviadaşıyıcısı – “Azərbaycan Hava Yolları”nın və Türkiyənin Gənclik və İdman Nazirliyinin dəstəyi ilə İstanbulda yay düşərgəsi keçirilir.

Azərbaycanlı şəhid övladları Çanakkaledə
Azərbaycanlı şəhid övladları Çanakkaledə

2023-cü ilin 20-30 avqust tarixində gerçəkləşən düşərgədə Azərbaycan şəhidlərinin 16-18 yaş aralığında olan, ali məktəblərə qəbul imtahanında iştirak etmiş 15 nəfər oğul övladı iştirak edir.

TÜİB-dən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, Türkiyənin Gənclik və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən “Ayyıldız Gənclik Kampı”nda keçirilən düşərgədə Azərbaycandan şəhid övladları ilə birgə Türkiyənin fərqli bölgələrindən olan gənclər də iştirak ediblər.

Azərbaycanlı şəhid övladları Çanakkaledə 30 avqust Zəfər bayramı tədbirlərində iştirak ediblər
Azərbaycanlı şəhid övladları Çanakkaledə 30 avqust Zəfər bayramı tədbirlərində iştirak ediblər

Məlumata əsasən, Proqram çərçivəsində şəhid övladlarının Çanakkaleyə səfəri də olub: “Düşərgənin son günündə azərbaycanlı şəhid övladları Çanakkaledə 30 avqust Zəfər bayramı tədbirlərində iştirak ediblər. Burada onlar bayram yürüşünə də qatılıb, əsgərlərin arxasınca mətin addımlarla irəliləyiblər. Korteje rəng qatan azərbaycanlı gənclər yerli sakinlər tərəfindən alqışlarla qarşılanıb. Mərasimdən sonra Çanakkale valisi İlhami Aktaş azərbaycanlı gənclərlə görüşüb, onlarla xatirə fotosu çəkdirib”.

Şəhid övladları üçün Türkiyədə düşərgə təşkil edilib

Mission News Theme by Compete Themes.