Son yeniləmə: 30 Avqust 2023 13:36
BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazov Dünya Bankının Azərbaycandakı ofisinin yeni təyin olunmuş ölkə meneceri Stefanie Stallmeister ilə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 30-da Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “söhbət zamanı Dünya Bankının texniki və maliyyə dəstəyi ilə ölkəmizdəlayihələrin həyata keçirilməsiyüksək qiymətləndirilib, Bank ilə əməkdaşlıq məsələləri, Azərbaycanın enerji sektorunun prioritet inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb.Enerji keçidi, enerji səmərəliliyi, bərpa olunan enerji və Xəzər dənizindən Avropaya ötürülən enerji layihələri istiqamətində görülən işlər, o cümlədən Xəzər dənizində külək enerjisinin potensialının qiymətləndirilməsi barədə məlumat verilib”.
Görüşdə həmçinin, 2023-2028-ci illəri əhatə edən Dünya Bankı Qrupunun Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivə Sənədinin hazırlanmasına da toxunulub.