Press "Enter" to skip to content

Denizlililər üçün möhtəşəm bayram şənliyi

Emre Aydın

Son yeniləmə: 30 Avqust 2023 13:33

BAYRAQDAR MEDİA – Türkiyənin Denizli Böyükşəhər Bələdiyyəsi 30 Avqust Zəfər Bayramının 101-ci ildönümü münasibəti ilə möhtəşəm tədbir hazırlayıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya qurumdan məlumat verilib.

Bildirilib ki, “Denizli Böyükşəhər Bələdiyyəsi 30 avqust Zəfər Bayramı şənlikləri çərçivəsində sevilən sənətçi Emre Aydının konserti təşkil edəcək. Konsert avqustun 30-da yerli vaxtla saat 20.30-da 15 İyul Delikliçınar Şəhidlər Meydanında başlayacaq. Emre Aydının bir-birindən gözəl mahnılar səsləndirəcəyi konsertlə denizlililər Zəfər bayramı sevincini doya doya yaşayacaq.

Denizli Böyükşəhər Bələdiyyəsinin başqanı Osman Zolan bütün denizlililəri məşhur sənətçi Emre Aydının səhnə alacağı 30 Avqust Zəfər Bayramı konsertinə dəvət edib: “Biz bu gözəl gündə bir yerdə olacağıq və şanlı qələbəmizi bir daha eyni həyəcan və ruhla qeyd edəcəyik. Zəfər Bayramını coşğu ilə qeyd etmək istəyən bütün vətəndaşlarımızı 30 Avqust Çərşənbə günü saat 20.30-da 15 İyul Delikliçınar Şəhidlər Meydanında baş tutacaq Emre Aydın konsertimizə gözləyirəm”.

Mission News Theme by Compete Themes.