Press "Enter" to skip to content

Azərbaycan Dili və Ədəbiyyatı Forumu ilə bağlı görüş

Görüşdən görüntü

BAYRAQDAR MEDİA – Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və AMEA-nın dəstəyi ilə 1-3 sentyabr tarixlərində Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçiriləcək.

Bu haqda Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “bu münasibətlə avqustun 30-da Nazirlikdə foruma qatılacaq panel iştirakçıları və məruzəçilərlə görüş təşkil olunub. Görüşdə forumun mövzuları və tədbirin proqramı ilə bağlı müzakirələr aparılıb, fikir və təkliflər səsləndirilib, müvafiq qeydlər nəzərə alınıb”.

Bildirək ki, Forum sentyabrın 1-də Şamaxı şəhərində işə başlayacaq, sentyabrın 2-3-də Bakıda, “Gülüstan” Sarayında davam edəcək.

Mission News Theme by Compete Themes.