BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyinin rəsmi nümayəndə heyəti Albaniyanın Tirana şəhərinə yola düşür.
Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “Mədəniyyət həftəsi çərçivəsində Azərbaycanın zəngin mədəniyyəti və incəsənətinin inciləri Albaniya ictimaiyyətinə təqdim olunacaq, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş sərgi, qala-konsert, “Natiq” ritm qrupunun çıxışı və rəqs proqramları, “Arşın mal alan” filminin nümayişi keçiriləcək. Həmçinin MN-nin nümayəndələri və Albaniya hökuməti rəsmiləri arasında bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub”.