Son yeniləmə: 29 Avqust 2023 13:59
BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Əqli Mülkiyyət Agentliyi tərəfindən əqli mülkiyyət obyektlərindən qanunsuz istifadənin mümkün riskləri və mənfi təsirləri barədə haqsız rəqabət və reklam qanunvericiliyi sahəsində bazar subyektlərinin maarifləndirilməsi məqsədilə seminar keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, təlimdə Dövlət Xidmətinin nümayəndələrihaqsız rəqabət və reklam qanunvericiliyinin tələblərinə dair təqdimatlarla çıxış edib, sahibkarlaramüvafiq sahədə hüquq və öhdəlikləri barədə məlumat veriblər: “Seminarın sonunda iştirakçıların sual və təklifləri dinlənilib, onlara müvafiq izahat verilib”.