Press "Enter" to skip to content

Ronaldinyo Qırğızıstana səfər edəcək

Əfasnəvi futbolçu Ronaldinyo

Son yeniləmə: 29 Avqust 2023 10:52

BAYRAQDAR MEDİA – Əfsanəvi futboçu Ronaldinyonun Qırğızıstana səfəri baş tutacaq. Bu barədə Tamçidə keçirilən mətbuat konfransında JalGroup Asia MMC-nin prezidenti Aybek Alıbayev məlumat verib.

Bulak.kg xəbər verir ki, onun sözlərinə görə, Ronaldinyo artıq yoldadır, o, Cəlal-Abadda futbol akademiyasının açılışında iştirak edəcək: “Bundan əvvəl mətbuatda 2005-ci ildə “Qızıl top”un qalibi, futbolçu Ronaldinyonun dələduzluq işi üzrə məhkəmə iclaslarına gəlmədiyi üçün Braziliyanı tərk etməsinə qadağa qoyulduğu barədə məlumatlar yayılmışdı. Xatırladaq ki, Ronaldinyonun avqustun 30-da Kataloniya klubunun Cəlal-Abadda futbol akademiyasının açılışında, eləcə də Bişkekdəki D.Omurzakov adına stadionda Mərkəzi Asiya futbolunun əfsanələri ilə yoldaşlıq görüşündə iştirak etməlidir”.

Mission News Theme by Compete Themes.