Press "Enter" to skip to content

Prezident səfirləri geri çağırdı, yenilərini təyin etdi

Prezident İlham Əliyev

BAYRAQDAR MEDİA – Avqustun 29-da Prezident İlham Əliyev bəzi səfirlərin geri çağırılması və yenilərinin təyin edilməsi ilə bağlı sərəncamlar imzalayıb.

Bu haqda xəbərləri Prezidentin Mətbuat xidməti yayıb.

Sərəncamla Nəsir Natiq oğlu Məmmədov Azərbaycanın İraqda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Başqa bir Sərəncamla Həsən Sultan oğlu Zeynalov Azərbaycanın Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Boşalan vəzifəyə isə Qismət Füzuli oğlu Gözəlov təyin edilib.

İ.Əliyev Azərbaycanın Çindəki səfiri Əkrəm Akif oğlu Zeynallını da geri çağırıb. Burada boşalan vəzifəyə isə başqa bir Sərəncamla Bünyad Səməd oğlu Hüseynov təyin edilib.

Mission News Theme by Compete Themes.