Son yeniləmə: 29 Avqust 2023 13:50
BAYRAQDAR MEDİA – Özbəkistan qonşu ölkələrdən turistləri cəlb etməkdə davam edir. Özbəkistan Statistika İnstitutu 2023-cü ilin ilk 6 ayında qonşu ölkələrdən gələn turistlərin sayında artım olduğunu açıqlayıb.
Kırım Haber Ajansının məlumatına görə, qurum bildirib ki, 2023-cü ilin ilk 6 ayında ölkəyə qonşu dövlətlərdən 3 milyon 680 min turist gəlib: “Qurumun məlumatına görə, Özbəkistana ən çox səfər edənlər arasında 1 milyon 15 min nəfərlə Tacikistan vətəndaşları birinci yerdədir. İkinci yerdə 913 min nəfərlə Qırğızıstan, üçüncü yerdə 880 min nəfərlə Qazaxıstan qərarlaşıb. Digər tərəfdən Türkiyədən 58 min, Güney Koreyadan 20 min, Hindistandan 20 min, Çindən 17 min və Almaniyadan 14 min nəfər Özbəkistana səfər edib”.