Press "Enter" to skip to content

Nazirlər imtahan verəcək

Son yeniləmə: 29 Avqust 2023 11:22

BAYRAQDAR MEDİA – Qırğızıstanda dövlət dili ilə bağlı mühüm addımlar atılır. Belə ki, deputatlar və nazirlərin də dövlət dili ilə bağlı bilikləri yoxlanılacaq.

Bulak.kg xəbər verir ki, bunu ənənəvi avqust pedaqoji konfransında təhsil və elm naziri Kanıbek İmanəliyev deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda Təhsil Nazirliyi total imlanın keçirilməsi ilə bağlı əmr imzalayacaq və hər kəs, o cümlədən məmurlar da bunu yazmalıdır.

İmtahan ildə dörd dəfə keçirilməsi nəzərdə tutulur. Birinci imtahanın dekabrın 12-nə, Qırğızıstanın Xalq Yazıçısı Çingiz Aytmatovun 95 illik yubileyi günündə keçirilməsi nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.