Press "Enter" to skip to content

Kərkükdə etiraz

Son yeniləmə: 29 Avqust 2023 11:21

BAYRAQDAR MEDİA – Kərkükün təhlükəsizliyini təmin edən və şəhərdəki ən böyük ordu qərargahı olan Kərkük Birgə Əməliyyat Komandanlığının baş nazir Məhəmməd Şia əs-Sudaninin göstərişi ilə Kürdüstan Demokrat Partiyasına (KDP) təhvil verilməsi ilə bağlı hazırlıqlara etiraz edilib.

Məlumatı Türkmeneli TV yayıb.

Bildirilib ki, “Kərkük Müştərək Əməliyyat Komandanlığının qərargahının boşaldılması və KDP-yə təhvil verilməsi üçün aparılan hazırlıqlara etiraz edən yüzlərlə Kərkük türkmən və ərəb Şorava bölgəsindəki qərargah önünə toplaşıb. 2014-2017-ci illərdə KDP-yə aid olan qərargahı qarşısında barrikada quran nümayişçilər Kərkük-Ərbil yolunu nəqliyyatın hərəkətinə bağlayıb. İraq Kürd Regional Rəhbərliyinə (KRG) bağlı peşmərgə qüvvələri 2014-cü ildə terror təşkilatı DEAŞ-ın ortaya çıxmasından sonra İraq ordusunun Kərkükdə boşaldılan bazalarına yerləşdirilməyə başlayıb və 3 ildir ki, şəhərin faktiki nəzarətini ələ keçirib”.

Məlumata görə, 2017-ci il sentyabrın 25-də keçirilən qondarma “müstəqillik referendumu” və KRG-nin ilhaq cəhdindən sonra mərkəzi hökumətə bağlı qüvvələr 2017-ci il oktyabrın 16-da Kərkükə daxil olaraq şəhərdəki peşmərgə varlığına son qoyub: “İraq ordusu KDP binasını boşaldıb və onu Kərkük Əməliyyat Komandanlığının qərargahına çevirib”.

Mission News Theme by Compete Themes.