Press "Enter" to skip to content

“Gizir hazırlığı kursu”na əlavə sənəd qəbulu

Son yeniləmə: 29 Avqust 2023 14:48

BAYRAQDAR MEDİA – Heydər Əliyev adına Hərbi İnstitutun nəzdində orta ixtisas təhsili pilləsi (subbakalavr) üzrə təşkil olunan “Gizir hazırlığı kursu”na plan yerlərinin tam komplektləşdirilməsi məqsədilə əlavə sənəd qəbulu elan edilir.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, “sənəd qəbulunda cari ildə keçirilən buraxılış imtahanında (qəbul imtahanın birinci mərhələsində) 50 və daha çox bal toplayan, 23 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər. Abituriyentlər 29 avqust – 5 sentyabr tarixlərində Heydər Əliyev adına Hərbi İnstituta (Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi) müraciət edə bilərlər”.

Mission News Theme by Compete Themes.