Press "Enter" to skip to content

Almaniyada Azərbaycan rəsmilərinin də qatıldığı tədbir

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Almaniyanın Berlin şəhərində Berlin Zooloji Parkı, Tierpark və WWF-in birgə təşkilatçılığı ilə “Avropada Avropa bizonunun mühafizəsi” işlərinin 100 illiyi ilə əlaqədar beynəlxalq tədbir keçirilib.

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı xəbərdə qeyd olunur.

Xəbərdə bildirilir ki, “tədbirdə Azərbaycanı ETSN-nin, Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondu (WWF) Azərbaycan Nümayəndəliyinin və Bakı Zooloji Parkının rəsmiləri təmsil edib. ETSN-nin yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev tərəfindən Avropa bizonunun Azərbaycanın vəhşi təbiətinə reintroduksiya edilməsi layihəsi və bu istiqamətdə gələcək prespektivlər barədə məlumat verilib. Avropa bizonunun reintroduksiya edilməsi fəaliyyəti nəticəsində dayanıqlı populyasiyaya nail olunduğu, bizonların sayında isə təbii artımın müşahidə edildiyi bildirilib”.

Tədbirin keçirilməsində məqsəd reintroduksiya və mühafizə prosesinə cəlb edilən tərəflərin bir araya toplanması, bu sahədə gələcək fəaliyyət istiqamətlərinin müəyyən edilməsi və görülən işlər barədə müzakirələrin aparılmasından ibarət olub.

Mission News Theme by Compete Themes.