Press "Enter" to skip to content

Fars-molla rejimi Güney Azərbaycanlı fəalları həbs edib

Məhəmməd Şeyx əl-İslami (Haqsevər) və Araz (Yunis) Süleymani

BAYRAQDAR MEDİA – Güney Azərbaycanlı siyasi fəal Araz (Yunis) Süleymani avqustun 27-də Ərdəbil şəhərində İrandakı fars-molla rejiminin ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən evində həbs edilib.

Bu haqda xəbəri “Azad İran” Telegram kanalı yayıb.

Xəbərdə qeyd edilir ki, “Araz Süleymani yazıçı, tədqiqatçı, sosioloq, Güney Azərbaycan Birliyi və Tələbə Hərəkatının keçmiş üzvü, “Sina” qəzetinin yazarıdır”.

O da xatırladılır ki, “ötən aylarda ETTELAAT qüvvələri tərəfindən çağırılaraq dindirilən siyasi fəal barəsində 8 aylıq həbs qətimkan tədbiri seçilmişdi”.

“Azad İran”ın başqa bir xəbərində isə deyilir ki, eyni gündə Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində saat 12:00 radələrində şair və vətəndaş cəmiyyəti fəalı Məhəmməd Şeyx əl-İslami (Haqsevər) də SEPAH-ın ETTELAAT qüvvələri tərəfindən evinə basqın edilməklə həbs olunub.

Qeyd edilir ki, “şairin həbsinin səbəbi və hara aparıldığı barədə məlumat yoxdur”.

Mission News Theme by Compete Themes.