Press "Enter" to skip to content

Xalq şairi ilə görüş olacaq

Ramiz Rövşənlə görüş

BAYRAQDAR MEDİA – Sentyabrın 1-də Xalq şairi Ramiz Rövşənlə görüş olacaq.

Bu haqda TEAS PRESS Nəşriyyat Evinin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “görüş həmin gün keçiriləcək kitab sərgisi zamanı təşkil ediləcək. Sərgi Gənclər və İdman Nazirliyinin, TEAS PRESS Nəşriyyat Evinin və LIBRAFF mağazalar şəbəkəsinin birgə əməkdaşlığı nəticəsində olacaq. Sərgidə həmçinin endirimli kitablar, peşəkarların bir-birindən maraqlı çıxışları da sizi gözləyir”.

Qeyd edək ki, sərgi Dənizkənarı Milli Parkda olacaq.

Mission News Theme by Compete Themes.