BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Kəlbəcər rayonuna səfər edib.
Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
Bildirilir ki, “dövlət başçısı və birinci xanım “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak ediblər, “İstisu” Mineral sudoldurma zavodunun tikintisi ilə tanış olub”.
Tanışlıq zamanı Prezidentə və birinci xanıma “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlər barədə məlumat verilib.
“Dövlətimizin başçısı “AzərEnerji” ASC-nin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak edib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zar kəndinin təməlqoyma mərasimində iştirak edib”, – deyə xəbərdə bildirilir.