BAYRAQDAR MEDİA – Avqustun 26-da Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunacaq sərgidə yürüş üçün qeydiyyatdan keçmiş nəqliyyat vasitələri, eləcə də Mərkəzdə nümayiş etdirilən klassik avtomobillərin bir qismi yer alacaq.
Bu haqda sözügedən Mərkəzin yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “avqustun 27-də isə klassik avtomobillər HƏM-nin qarşısından başlayaraq “Sea Breeze” istirahət mərkəzinədək yürüş edəcək. Yürüşün marşrutu Heydər Əliyev Mərkəzi – Gülarə Qədirbəyova küçəsi – Yusif Səfərov küçəsi – Üzeyir Hacıbəyli küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti –Bakı Ekspo Mərkəzi –“Sea Breeze” istirahət mərkəzi olacaq”.
Yürüşdən sonra “Sea Breeze” istirahət mərkəzində klassik avtomobillərin sərgisi və tanınmış ifaçıların iştirakı ilə konsert təqdim olunacaq. Konsertdə müğənnilər – Aysel, Cin, Dilarə Kazımova, Eldar və Nigar, EMİN, Murad Arif, Nura Suri, Rilaya Hüseynzadə və Zamiq Hüseynov çıxış edəcəklər.