Press "Enter" to skip to content

Vaqif Mustafayevin yaradıcılıq gecəsi

Vaqif Mustafayevin yaradıcılıq gecəsi

BAYRAQDAR MEDİA – Avqustun 28-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkilatçılığı ilə Xalq artisti, kinorejissor Vaqif Mustafayevin 70 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçiriləcək.

Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “gecədə “Həyat, deyəsən gözəldir” filmi nümayiş olunacaq. Tədbirdə Gürcüstanın Xalq artisti Avtandil Maxaradze, aktrisa Nino Qomarteli iştirak edəcək. Eləcə də “Oskar” mükafatı laureatı, məşhur kinorejissor Nikita Mixalkovun də yer aldığı təbrik videoçarxı nümayiş olunacaq”.

Mission News Theme by Compete Themes.