Press "Enter" to skip to content

İnformasiya hüququ ilə bağlı yeni e-kitab dərc edilib

Səyyad Məcid

BAYRAQDAR MEDİA – “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Avropaya İnteqrasiya Mərkəzi (AİM) İctimai Birliyi tərəfindən “İnformasiya hüququ fundamental insan hüquq və azadlığı kimi: elmi-maarifləndirmə təşəbbüsləri” layihəsi çərçivəsində “İnformasiya hüququ” adlı elektron kitab dərc olunub.”

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya avqustun 24-də sözügedən Mərkəzdən verilib.

Xəbərdə deyilir ki, “elektron vəsaitdə informasiya hüququ, ifadə azadlığı, informasiyanın əldə olunması, ötürülməsi, diffamasiya, internetdən və sosial şəbəkələrdən istifadə ilə bağlı beynəlxalq və milli hüquq normaları təhlil olunub, informasiya hüququ üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edilib”.

O da bildirilir ki, “kitabda xarici ölkələrin informasiya hüququ və media praktikasından bəzi hüquqi məqamlara toxunulub. Kitabın müəllifi Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının baş müəllimi, Bakı Avrasiya Universitetinin dosenti, hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məciddir”.

Qeyd olunur ki, “kitab hüquqşünaslar, media nümayəndələri, internet və sosial şəbəkə istifadəçiləri, informasiya hüququ sahəsində elmi araşdırma aparan tədqiqatçılar və geniş ictimaiyyət üçün nəzərdə tutulub. Kitabı www.aggression.az saytının e-kitablar bölməsi vasitəsilə əldə etmək mümkündür”.

Əlavə olaraq qeyd edilir ki, “iki ay müddətində davam edən və Bakı şəhərində icra olunan layihənin məqsədi informasiya hüququnun fundamental insan hüquq və azadlığı kimi təhlil olunması, təbliği və təşviqi, bu sahədə onlayn hüquqi elmi-maarifləndirmə tədbirlərinin təşkil edilməsi idi”.

Mission News Theme by Compete Themes.