Press "Enter" to skip to content

“Təbiətin sovqatı” adlı rəsm müsabiqəsinə əsər qəbulu başa çatıb

Təbiətin sovqatı

BAYRAQDAR MEDİA – “Zeytun Bağları” brendi, Xətai Sənət Mərkəzinin təşkilatçılığı və dəstəyi ilə yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, gənc nəsildə ekoloji təfəkkürün inkişafı və ekoloji maarifləndirməyə xidmət məqsədi ilə elan olunmuş “Təbiətin sovqatı” adlı respublika uşaq rəsm müsabiqəsinə əsər qəbulu başa çatıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.

Xəbərdə bildirilir ki, “mövzusu “Necə bir təbiəti qoruma nişanı asardım!” olan müsabiqəyə respublikanın müxtəlif guşələrindən yaşı 10-17 arası olan 700-ə yaxın yeniyetmə və gənc 800-dən çox əsər göndərilib. Nəzərdə tutulduğu kimi təqdim olunan əsərlər arasından müəllifin yaşı nəzərə alınmaqla mövzu, düzgün kompozisiya, rəng seçimi və uşaqların öz düşüncələri ilə işlənmiş əsərlərə üstünlük verməklə 152 əsər seçilib”.

Bildirək ki, müsabiqənin yekun sərgisi avqustun 28-i saat 14:00-da XSM-də açılacaq. Seçilən əsərlər avqustun 25-dək Mərkəzin 2-ci mərtəbəsinə təhvil verilməlidir.

Sərgilənən əsərlərin müəlliflərinə sertifikat təqdim olunacaq və “Zeytun Bağları” brendinin məhsulundan hədiyyə alacaqlar.

Sərgidən seçilmiş 30 əsərin müəllifi xüsusi hədiyyə ilə mükafatlandırılacaqlar və həmin əsərlər “Zeytun Bağları” brendinin ofisinin ekspozisiyasını bəzəmək üçün istifadə olunacaq və geri qaytarılmayacaq.

Mission News Theme by Compete Themes.