Press "Enter" to skip to content

Özbəkistan Prezidenti Füzuli və Şuşada olub

Qardaş ölkə Prezidenti Füzuli Hava Limanından ölkəsinə yollanır

Son yeniləmə: 23 Avqust 2023 20:51

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, avqustun 22-də qardaş Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana dövlət səfərinə gəlib.

Qardaş ölkə Prezidenti Şuşaya da gedəcək

Avqustun 23-də Azərbaycan Prezidentinin Mətbuat xidmətinin yaydığı xəbərə görə, qardaş ölkənin Prezidenti Füzuli rayonuna səfər edib. Onu Füzuli Beynəlxalq Hava Limanında Azərbaycan Prezidenti şəxsən qarşılayıb.

Daha sonra Füzuli şəhərində qardaş Özbəkistanın tikdiyi Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı olub. Açılış lentini prezidentlər və onların xanımları kəsib.

Prezidentlər Mirzə Uluqbek adına məktəbin şagirdləri ilə
Prezidentlər Mirzə Uluqbek adına məktəbin şagirdləri ilə

Məktəblə tanışlığın ardından prezidentlər Füzuli şəhərində məskunlaşmış sakinlərlə görüşüb, onlarla söhbət ediblər.

O da bildirilir ki, sakinlərlə görüşdən sonra qardaş ölkə rəhbəri Füzulinin baş planı ilə tanış olub.

Füzuli şəhərindəki proqram başa çatdıqdan sonra Azərbaycan və Özbəkistan prezidentləri, həmçinin onların xanımları Şuşa şəhərinə gedib.

Ali qonaq Şuşa şəhəri ilə yaxından tanış olub, müxtəlif məkanlara baş çəkərək görülən işlərlə maraqlanıb.

Özbəkistan Prezidentinin Azərbaycan səfəri başa çatıb və o, öz ölkəsinə yollanıb.

Mission News Theme by Compete Themes.