BAYRAQDAR MEDİA – “Azad İran” Telegram kanalı mediaya istinadla xəbər verir ki, Güney Azərbaycanlı həkim Həmid Qarahəsənlinin 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası məhkəmə tərəfindən qüvvədə saxlanılıb.
Qeyd edilir ki, o və xanımı Fərzanə Qarahəsənli Ruhullah Əcəmiyan adlı radikal Bəsic qüvvələri üzvünün öldürülməsinə görə ittiham edilən 16 müttəhim arasındadır.
Bildirilir ki, Fərzanə Qarahəsənli 5 illik həbs cəzasına məhkum edilib.
Xatırladılır ki, Həmid və Fərzanə Qarahəsənli ötən il etiraz aksiyalarında hökumət məmurları tərəfindən öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasiminə qatıldıqdan bir gün sonra Bəsic üzvünün öldürülməsinə görə saxta ittihamla həbs edilib.