BAYRAQDAR MEDİA – “Azad İran” Telegram kanalı bildirir ki, İran adlı dövlət təcavüzkar Ermənistanın silahlanmasına və Azərbaycanla qarşıdurmaya hazırlaşmasına yardım edir. Kanal bunu SEPAH-a yaxın mənbələrin təsdiqlədiyini bildirir.
“Küveytin “Əl-Cəridə” qəzeti Azərbaycan və İran mediasında Hindistanın hərbi maşınlarının İran üzərindən Ermənistana daşınması ilə bağlı videomaterialların dərcindən iki gün sonra İrəvana “külli miqdarda texnika və sursat” gətirildiyi barədə məlumat yayıb”, – deyə kanalın yaydığı xəbərdə qeyd edilir.
Daha sonra bildirilir ki, “Rusiya, İran və Hindistanın birgə qərarı əsasında son həftələr İran ərazisindən Ermənistana çoxlu sayda yüksək keyfiyyətli silah-sursat, o cümlədən dronlar, əsgərlərin daşınması üçün izlənilən maşınlar, yer-yer və yer-hava tipli raketlər, həmçinin Rusiya və Hindistan istehsalı olan radar sistemləri göndərilən yüklərin içərisindədir”.
“Mənbənin bildirdiyinə görə, bu, Azərbaycan, Türkiyə və İsrailin addımlarını neytrallaşdırmaq və onların Süniki (Zəngəzur) “ələ keçirməsinə” mane olmaq üçün güc balansı yaratmaq məqsədi daşıyır”, – deyə xəbərdə vurğulanır.