Son yeniləmə: 22 Avqust 2023 11:43
BAYRAQDAR MEDİA – Qırğızıstanın “İntımak” komandası Kök Börü üzrə Klublararası Dünya Kubokunun qalibi olub.
Bulak.kg xəbər verir ki, komanda yüksək liqanın finalında Qazaxıstan “Astana”sını 10:1 hesabı ilə məğlub edib. Qaliblərə 2 milyon somluq (təxminən 38 min 518 Azərbaycan manatı dəyərində) sertifikat təqdim edilib: “İkinci yeri tutan Astana komandası 1 milyon somluq sertifikat alıb. Üçüncü yeri Qırğızıstanın “Dostuk” komandası tutub, onlar 800 min som mükafata layiq görülüblər”.
Kök Börü üzrə Dünya Kuboku ilk dəfə avqustun 13-dən 20-dək İssık-Kulda keçirilib. Burada Qırğızıstan, Qazaxıstan, Rusiya, ABŞ və digər komandalar iştirak ediblər.