Son yeniləmə: 22 Avqust 2023 12:05
BAYRAQDAR MEDİA – Qardaş Özbəkistanın Prezident Şavkat Mirziyoyev avqustun 22-də Azərbaycana dövlət səfərinə yola düşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Özbəkistan Prezidentinin Mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə gerçəkləşdirilir.
Səfər proqramı çərçivəsində Bakıda ali səviyyədə müxtəlif müzakirələrin keçiriləcəyi bildirilir.
Bundan sonra ali qonaq Füzuli və Şuşa şəhərlərinə səfər edəcək, burada Azərbaycanlı həmkarı ilə birlikdə açılışlarda iştirak edəcək.
Qeyd edək ki, qardaş Türkiyənin Cümhurbaşqanı Recep Tayyip Erdoğandan sonra ikinci bir prezident olaraq qardaş Özbəkistan rəhbəri Şuşaya gedir.
AZƏRTAC xəbər verir ki, qardaş ölkə Prezidenti artıq Azərbaycana çatıb.