Press "Enter" to skip to content

Mariya Qabriel Hakan Fidanla görüşəcək

Son yeniləmə: 22 Avqust 2023 10:19

BAYRAQDAR MEDİA –Bolqarıstanın Baş nazirinin müavini və xarici işlər naziri Mariya Qabriel və Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada rəsmi görüş keçirəcək.

Bu barədə Radio Bolqarıstan məlumat yayıb.

Bildirilib ki, “Mariya Qabriel Hakan Fidanın dəvəti ilə 22 avqust 2023-cü il tarixində Ankaraya səfər edəcək. İkitərəfli görüşdə qarşılıqlı maraq doğuran geniş spektrli məsələlərin müzakirəsi gözlənilir”.

Qeyd edilib ki, Bolqarıstan xarici işlər nazirinin proqramında Anıtkabirə əklil qoyulması da yer alıb.

Mission News Theme by Compete Themes.