BAYRAQDAR MEDİA – Avqustun 22-si saat 12:00-dan mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün seçim mərhələsinə başlanılır.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyindən daxil olub.
Xəbərdə deyilir ki, “II mərhələ lisey və gimnaziya seçimi 25 avqust saat 15:00-da başa çatacaq. Boş qalan yerlər üçün portalda şəxsi kabinetə daxil olaraq “İmtahanlar” bölməsindən “Lisey seçimi” düyməsini sıxmaqla 1 və ya 2 seçim edilə bilər”.
Bildirək ki, vakant yerlərlə müvafiq keçiddə tanış olmaq mümkündür.
Qeyd edək ki, 28 avqust tarixindən II mərhələdə uğur qazanan şagirdlərin sənəd qəbuluna başlanılacaq.