Son yeniləmə: 22 Avqust 2023 12:04
BAYRAQDAR MEDİA – YÖDAK başqanı, Prof. Dr. Turgay Avcı, 2023-Ali Təhsil Qurumları İmtahanı yerləşdirmə nəticələrinə görə, KKTC universitetlərinə yerləşən tələbə sayının 13 min 728, yerləşmə nisbətinin isə 82,20 faiz olduğunu açıqlayıb.
Xəbəri Kibris Postası yayıb.
Bildirilib ki, yeni açıqlanan 2023 YKS yerləşdirmə nəticələri ilə bağlı TAK müxbirinə etdiyi qiymətləndirmədə, Prof. Dr. Turgay Avcı bu il 16 min 700 kvota açıldığına və 13 min 728 kvotanın doldurulduğuna diqqət çəkib. O, hər il yerləşdirilən tələbə sayının artmasından məmnunluğunu ifadə edib.
Prof. Dr. Turgay Avcı qeyd edib ki, bu il əldə edilən əhəmiyyətli artım həm YÖK tərəfindən verilən kvotanın artırılması, həm də universitetlərdə yeni açılan bölmələrlə proqramların sayının artması ilə bağlıdır.