BAYRAQDAR MEDİA – “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın növbəti iştirakçıları müəyyən olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyindən daxil olub.
Xəbərdə bildirilir ki, “2023–2024-cü tədris ili üçün həyata keçirilən sənəd qəbulunun növbəti nəticəsi üzrə 47 namizəd müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramı iştirakçısı adını qazanıb”.
Beləliklə, 2023–2024-cü tədris ili üçün “2022–2026 Dövlət Proqramı” çərçivəsində ümumilikdə dünyanın 17 ölkəsinin nüfuzlu xarici ali təhsil müəssisələri üzrə 381 nəfər Azərbaycan vətəndaşı təhsil almaq hüququ qazanıb. Proqram iştirakçılarından 48 nəfəri cari il üzrə dünyanın 10 ən yaxşı universitetindən qəbul alıb. Onlardan 9 nəfəri Harvard University, 2 nəfəri Massachusetts Institute of Technology, 2 nəfəri University of Oxford, 8 nəfəri Imperial College London, 2 nəfəri ETH Zurich və digər universitetlərdə təhsil almaq hüququ qazanıb.