Press "Enter" to skip to content

Türkiyəli generaldan ermənpərəst ziyalılarla bağlı çağırış

Dr. Yücel Karauz

Dr. Yücel Karauz: Erməni təxribatına bu qədər açıq verilən dəstəyə görə qanun qarşısında cavab verilməlidir

BAYRAQDAR MEDİA – “Azərbaycan torpağı Qarabağın 30 illik işğalının sonunu həzm edə bilməyən xəyanət xoru yenidən xortlayıb. Türkiyədə akademik, yazar, siyasətçi və QHT təmsilçisi olan 70-dən çox şəxs Azərbaycanın soyqırım törətdiyini iddia edən bəyanat yayıb”.

Bu sözlər qardaş ölkədə nəşr edilən Türkiye Gazetesinin sözügeən mövzu ilə bağlı yazısında öz əksini tapıb. Ermənipərəs ziyalıların son addımına münasibət bildirən Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz bu çıxışlaırn artıq milli təhlükəsizlik probleminə çevrildiyini və qanun çərçivəsində ən ağır bədəlinin bu təxribatçılara ödənilməli olduğunu bildirib.

Azərbaycan-Türkiyə əməkdaşlığının türk dünyası üçün yeni üfüqlər açdığını xatırladan Dr.Y.Karauz “30 ildir ki, Xocalı başda olmaqla minlərlə günahsız Azərbaycan türkünün vəhşicəsinə qətlə yetirilməsinə səsini çıxarmayan qaranlıq dairələr indi soyqırımı yalanı ilə səhnədədir. Qarabağ müharibəsi başlayanda “sülh nitqləri” edənlər də elə həmin insanlar idi. İndi də onlar “Azərbaycan hökuməti erməniləri səssizcə soyqırıma məruz qoyur” deyə dəhşətli iftiraya, iyrəncliyə əl atırlar” deyib.

O, daha sonra bildirib: “Qarabağda belə bir kritik dönəmdən keçdiyimiz bir vaxtda daxildə belə xırıltılı səslərin yüksəlməsi açıq-aşkar vətənə xəyanətdir. Hər kritik dönəmdə ortaya çıxan bu və buna bənzər addımlara qarşı ciddi və qətiyyətlə mübarizə aparmalıyıq. Erməni təxribatına bu qədər açıq verilən dəstəyə görə qanun qarşısında cavab verilməli və əvəzi ödənməlidir. Bu, milli təhlükəsizlik məsələsidir. Qarabağda silah-sursat daşıyan, müharibəyə hazırlaşan erməni qəsbkarlarına heç kim bu cür dəstək verə bilməz. Bu və buna bənzər təşəbbüslər artıq cavabsız qalmamalıdır. Dövlət bu məqamda üzərinə düşəni etməlidir”.

Mission News Theme by Compete Themes.