Press "Enter" to skip to content

Qırğızıstanla Macatıstan arasında əməkdaşlıq genişlənir

Görüşdən xatirə fotosu

Son yeniləmə: 21 Avqust 2023 11:04

BAYRAQDAR MEDİA – Qırğızıstan Macarıstanla əməkdaşlığın genişlənməsində maraqlıdır.

Bu barədə Qırğızıstan Prezidenti Sadır Caparovun Macarıstanın Baş naziri Viktor Orbanla görüşündə bildirilib.

Bulak.kg xəbər verir ki, tərəflər Qırğızıstan-Macarıstan strateji tərəfdaşlığının aktual məsələlərini, ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər.

V.Orban S.Caparovun fevralda Macarıstana səfərinin uğurlu olduğunu və ikitərəfli münasibətlərin inkişafına böyük təkan verdiyini xatırladıb.

İki ölkə arasında əməkdaşlığın dərinləşməsindən danışan V.Orban iki dövlətin paytaxtları arasında birbaşa aviareysin açılmasının vacibliyini vurğulayıb.

Macarıstanın Baş naziri təhsil sahəsində əməkdaşlığa da diqqət yetirərək, Qırğızıstandan olan tələbələrin Macarıstanın aparıcı universitetlərində kvota üzrə təhsil almasını məmnunluqla qeyd edib.

S.Caparov öz növbəsində Macarıstanla ticarət-iqtisadi və investisiya əməkdaşlığının inkişafının Qırğızıstan üçün prioritet olduğunu vurğulayıb. Onun sözlərinə görə, beş ayın yekunlarına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə iki ölkə arasında ticarət dövriyyəsinin müsbət dinamikası qeyd olunub.

S.Caparov həmçinin V.Orbanı onun üçün əlverişli vaxtda Qırğızıstana dövlət səfərinə dəvət edib.

Mission News Theme by Compete Themes.