Press "Enter" to skip to content

Növbəti TOEFL iBT imtahanı keçiriləcək

Son yeniləmə: 21 Avqust 2023 14:31

BAYRAQDAR MEDİA – ETS-nin (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) TOEFL iBT imtahanı avqustun 23-də Dövlət İmtahan Mərkəzinin (DİM) Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.

Bu barədə DİM-dən məlumat verilib.

Məlumata əsasən, içtirak etmək istəyənlər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə imtahan binasında olmalıdırlar: “İmtahan saat 09:00-da başlanır. TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər. TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür”.

Mission News Theme by Compete Themes.