Press "Enter" to skip to content

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi

Elm və Təhsil Nazirliyi

BAYRAQDAR MEDİA – Avqustun 21-i saat 11:00-dan etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyindən daxil olub.

Xəbərdə bildirilir ki, “namizədlər şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Müddətli müqavilə ilə vakansiya seçimi avqustun 23-ü saat 11:00-da başa çatacaq”.

Qeyd edək ki, Şuşa şəhər 1 nömrəli və Füzuli şəhər 1 nömrəli tam orta məktəblərdə mövcud olan vakant yerlər də müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə təqdim edilib.

Mission News Theme by Compete Themes.