Press "Enter" to skip to content

KKTC universitetləri arasında böyük uğur

Doğu Akdeniz Universiteti

Son yeniləmə: 21 Avqust 2023 14:31

BAYRAQDAR MEDİA – Doğu Akdeniz Universiteti (DAÜ) Ali Təhsil Qurumları İmtahanın (YKS) nəticələri ilə bağlı açıqlama verib.

Kibris Postasının məlumatına görə, açıqlamada qeyd olunub ki, 94,65 faiz doluluq nisbəti DAÜ-nün yarandığı gündən bu yana əldə etdiyi ən yüksək tələbə yerləşdirmə göstəricisidir.

Açıqlamada, bu il YKS-dən 2 min 186-sı dörd illik bakalavr, 536-sı önlisans tələbəsi olmaqla ümumilikdə 2 min 722 tələbənin Doğu Akdeniz Universitetinə qəbul olduğu, 2021-ci ilə nisbətən 82 faiz artım olduğu vurğulanıb: “Doluluq nisbətini 2022-ci ilə nisbətən 93,72 faiz artıran DAÜ, dörd illik bakalavr proqramlarına görə də KKTC-nin ən çox seçilən universiteti olmağa davam edir. Tələbələrin 88 faizi qeydiyyatdan keçib”.

Mission News Theme by Compete Themes.