Son yeniləmə: 21 Avqust 2023 14:29
BAYRAQDAR MEDİA – Yunanıstana bağlı olan və Batı Trakya türklərinin sıx məskunlaşdığı Dedeağaçda baş verən yanğınla əlaqədar bölgədə fövqəladə vəziyyət elan edilib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumata əsasən, Dedeağaçda başlayan yanğın nəticəsində Güney Meriç bölgəsində minlərlə hektar şam meşəsi külə dönüb.
Qeyd edilib ki, yanğın nəticəsində 8 ev və 2 kilsə zərər görsə də, ehtiyat tədbiri olaraq 8 kənd boşaldılıb: “Digər tərəfdən, Feres-Dedeağaç yolu da nəqliyyata bağlanıb.Yanğından sonra tüstü Gümülcine, İskeçe və qismən də Volosa çatdığı üçün bölgədə fövqəladə vəziyyət elan edilib. Dedeağaç səlahiyyətliləri, sıx tüstüdən təsirlənməmək üçün camaatı pəncərələrini bağlayaraq evdə qalmaları barədə xəbərdarlıq edib”.
Məlumata əsasən, qurudan və havadan yanğınsöndürmə işləri davam edərkən, bölgədə əsən təsirli güclü külək söndürmə işlərini çətinləşdirir.