BAYRAQDAR MEDİA – Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü Macarıstan Milli bayram – Müqəddəs Stefan Gününü qeyd edir. Bu münasibətlə ölkəyə bir çox dövlətlərin rəsmiləri, özəlliklə də TDT rəhbərləri dəvət edilib.
Qeyd olunan dəvət üzrə qardaş ölkələrdən Türkiyə, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Azərbaycan prezidentləri, eləcə Tatarıstanın rəisi avqustun 20-də Macarıstanın paytaxtı Budapeştə gəlib.
Gün ərzində Macarıstanın Baş naziri Viktor Orban yüksək səviyyəli qonaqlarla ayrı-ayrılıqda görüşlər keçirib, fikir mübadiləsi aparıb.
Azərbaycan Prezidentinin Mətbuat xidməti xəbər verir ki, İlham Əliyev səfər çərçivəsində Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü xanım Jelka Tsviyanoviç və Serbiya Prezidenti Milorad Dodik ilə ayrı-ayrılıqda görüşüb.
O da bildirilir ki, qonaqlar Budapeştdə atletika üzrə dünya çempionatının kişilər arasında 100 metr məsafəyə qaçış yarışının finalını izləyiblər.
Günün sonunda isə Macarıstanın Milli bayramı münasibətilə ziyafət verilib, qonaqlar da iştirak ediblər.
Qeyd edək ki, Prezident İlham Əliyevi birinci xanım Mehriban Əliyeva da müşayiət edir.