Press "Enter" to skip to content

Media nümayəndələri üçün təlim

Təlim zamanı

Son yeniləmə: 18 Avqust 2023 12:08

BAYRAQDAR MEDİA – BMT-nin Aşqabaddakı binasında multimodal media platformaları üçün effektiv sosial məzmunun yaradılması mövzusunda media nümayəndələri üçün üç günlük təlim keçirilir.

Bu barədə Türkmenportalı.com saytı məlumat verib.

Bildirilib ki, təlim UNİCEF-in Türkmənistandakı nümayəndəliyi tərəfindən təşkil olunub və effektiv rəqəmsal məzmun mövzusunda silsilə tədbirlərin davamıdır: “Təlim innovativ media məzmunu sahəsində komanda qurulması, təlim və mentorluq sahəsində təcrübəyə malik prodüser və təlimçi olan beynəlxalq ekspert Akim Moqaji tərəfindən keçirilir”.

Məlumata əsasən, iştirakçılar müxtəlif rəqəmsal media platformaları üçün hekayənin yaradılması strukturunu, tamaşaçılar üçün unikal və cəlbedici məzmunun yaradılmasının əsas yol və vasitələrini öyrəniblər. Ekspertlə birlikdə iştirakçılar yaxşı təcrübə nümunələrini nəzərdən keçirdilər.

Mission News Theme by Compete Themes.