Son yeniləmə: 18 Avqust 2023 12:08
BAYRAQDAR MEDİA – Quzey Makedoniyanın aparıcı partiyalarından olan BDI-nin lideri Ali Ahmeti partiyasının qərargahında Kosovanın ətraf mühit, məkan planlaması və infrastruktur naziri Liburn Aliu ilə görüşüb.
Yeni Balkan xəbər verir ki, görüşdə Kalkandelen və Prizren arasında yol tikintisi məsələsi müzakirə olunub: “Ali Ahmeti görüşdən sonra verdiyi açıqlamada, “Bugünkü görüşümüzdə hər iki ölkənin iqtisadiyyatını inkişaf etdirəcək Kalkandelen-Prizren avtomobil yolunun tikintisini müzakirə etdik. Magistral yollar insanların və malların axınını təmin etməklə iqtisadiyyatlara həyat verir” deyib.
Liburn Aliu isə bildirib ki, Quzey Makedoniya tərəfindən hazırlanmış texniki-iqtisadi əsaslandırma var: “Hazırda layihənin həyata keçirilməsi üçün büdcənin müzakirəsi prosesi gedir. Layihənin hazırlanmasını və birlikdə tikəcəyimiz tuneli də müzakirə edəcəyik. Bütün bu mərhələləri keçdikdən sonra layihənin icrası prosesinə başlamaq olar. Bu magistral təkcə Prizren və Kalkandelen deyil, həm də Quzey Makedoniya və Kosovanın Şar dağının milli parklarını birləşdirəcək”.