Press "Enter" to skip to content

İzmirdə daha 20 FETÖ-çü saxlanıldı

Son yeniləmə: 18 Avqust 2023 13:44

BAYRAQDAR MEDİA – Türkiyədə FETÖ-yə qarşı əməliyyatları davam edir.

Bu arada İzmir İl Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi və Kəşfiyyat Şöbəsi tərəfindən FETÖ-çülərə qarşı əməliyyat keçirilib.

Kırım Haber Ajansının məlumatına görə, əməliyyat çərçivəsində aralarında işdən çıxarılan müəllimlər, əsgərlər və qəyyumların da olduğu, barələrində həbs qərarı çıxarılan şübhəlilər saxlanılıb: “Müxtəlif ünvanlarda aparılan axtarışlar zamanı külli miqdarda pul, rəqəmsal materiallar və saxta şəxsiyyət vəsiqələri ələ keçirilib. Digər tərəfdən haqqında həbs qərarı olan 20 şübhəli tutulub”.

Mission News Theme by Compete Themes.