BAYRAQDAR MEDİA – Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən hazırlanan yeni e-xidmət istifadəyə verilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ETN-dən daxil olub.
Xəbərdə bildirilir ki, “artıq vətəndaşlar myGov portalından qeydiyyatdan keçərək “Məlumatlarım” hissəsində “Ümumi təhsil haqqında sənədlərim” bölməsində ümumi orta təhsil haqqında şəhadətnamə və tam orta təhsil haqqında attestat barədə e-arayışı asanlıqla əldə edə bilər. Bu e-xidmət istifadəçiləri heç yerə getmədən onlayn rejimdə sistem tərəfindən avtomatik formalaşan arayışı elektron şəkildə istənilən yerə ünvanlaya bilər”.
Qeyd edilir ki, dövlət e-məlumat sistemində olan bu məlumatlar 2015-ci ildən hazıradək olan dövrü əhatə edir.
Hazırda ETN tərəfindən bütün təhsil pillələri üzrə kağız daşıyıcıda verilən arayışların elektronlaşması prosesi davam edir.