Press "Enter" to skip to content

YTB təqaüdlü Teuta Abdulainin uğuru

Teuta Abdulai

Son yeniləmə: 17 Avqust 2023 14:20

BAYRAQDAR MEDİA – Türkiyənin Xaricdəki Türklər və Əqraba İcmalar İdarəsi (YTB) təqaüdçüsü olaraq Türkiyəyə təhsil almaq üçün gedən Kalkandelenli Teuta Abdulai Memar Sinan Universitetində magistratura təhsilini başa vurub.

Bu barədə Yeni Balkan məlumat yayıb.

Bildirilib ki, Fən Elmləri İnstitutunun Memarlıq Dizayn Problemləri Təhsil Proqramını müvəffəqiyyətlə başa vuran və diplom işini müvəffəqiyyətlə müdafiə edən Teuta Abdulai maraqlı elmi araşdırma aparıb. O, Kalkandelen şəhərində havanın çirklənməsi problemini “Quzey Makedoniyada sənaye binalarının ətraf mühitə təsiri”mövzusunda təqdim edib.

T.Adulai elmi araşdırmalarında Quzey Makedoniyada geniş yayılmış havanın çirklənməsinin memarlıq kontekstində təsirlərini ətraflı araşdırıb və memarlıq müdaxilələri ilə havanın çirklənməsinin azaldılması ilə bağlı təkliflərini təqdim edib.

Məlumatda deyilir ki, Teuta Abdulai Kalkandelendə anadan olub, ibtidai və orta təhsilini doğulduğu şəhərdə, ali təhsilini isə Skopyedəki Amerika Kollecində başa vurub.

Mission News Theme by Compete Themes.