Son yeniləmə: 17 Avqust 2023 10:10
BAYRAQDAR MEDİA – Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Serbiyadakı Novi Pazar Türk Mədəniyyət Mərkəzinə əhəmiyyətli dəstək verib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Qeyd edilib ki, Türkiyə Təhsil Nazirliyinin tərkibində iki türk dilində təhsildən məsul olan mərkəzdə təxminən 3 min şagirdə türkcə təhsil verilib.
Məlumata görə, Novi Pazar Türk Mədəniyyət Mərkəzində 345 şagird fəal şəkildə təhsil alır: “Sancak bölgəsi olaraq da bilinən Novi Pazar Osmanlı İmperatorluğundan bəri türk və müsəlman kimliyi ilə ön plana çıxıb. Novi Pazar Türk Mədəniyyət Mərkəzində türkcə kurslarına tələbat xeyli artıb. Bunun nəticəsində mərkəzdə yeni sinif otaqlarına ehtiyac yaranıb”.
Beləliklə, TİKA dəstək verib və Novi Pazar Bələdiyyəsi tərəfindən genişləndirilən sinif otağı üçün avadanlıq təmin edib: “Açılış mərasimində iştirak edən Novi Pazar şəhərinin meri Nihat Bişevaç Türk Mədəniyyət Mərkəzinin Serbiya ilə Türkiyə arasındakı yaxşı münasibətlərin təzahürü olduğunu vurğulayıb. Bundan əlavə, Bişevac gənclərin Türk Mədəniyyət Mərkəzinə marağının artdığını bildirib”.
Türkiyənin Novı Pazardakı baş konsulu Bəşər Başol çıxışında minlərlə Sancaklı gəncin Türk Mədəniyyət Mərkəzində türkcə öyrəndiyini bildirib. O, TİKA-nın həyata keçirdiyi bu layihənin türk dilinin və mədəniyyətinin təbliği baxımından böyük əhəmiyyət daşıdığını da vurğulayıb.